RƏSMİ

22 Oktyabr

Sahib Ələkbərov: Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb

Finss.az - Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib ki, son 30 ildə Azərbaycanın dövlət büdcəsi təxminən 50 dəfə artıb.

Onun sözlərinə görə, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3,8 dəfə, qeyri-neft sektoru isə 3,7 dəfə artıb. 2003-cü ildə ölkədə yoxsulluq səviyyəsi 44,7%, işsizlik səviyyəsi isə 9,2% təşkil edirdi. Həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi təxminən 5,3%-ə düşüb.

Sahib Ələkbərov əlavə edib ki, 2004-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 344,4 milyard ABŞ dolları sərmayə qoyulub, bunun 213,2 milyard dolları qeyri-neft sektoruna yönəldilib.