RƏSMİ

21 Oktyabr

Kasım-Jomart Tokayev və İlham Əliyevə “Orta Dəhlizin İnkişafı” layihəsi təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayeva “Orta Dəhlizin İnkişafı” layihəsi təqdim edilib.

Finss.az xəbər verir ki, dövlət başçılarına Qazaxıstan və Azərbaycan mütəxəssisləri tərəfindən Orta Dəhlizin inkişafı istiqamətində aparılan sistemli işlər barədə məlumat verilib.

Qazaxıstan Prezidentinin müşaviri Asel Janasova Çin və Mərkəzi Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirən əsas nəqliyyat-logistika marşrutunun inkişaf planını təqdim edib.

Kasım-Jomart Tokayevə və İlham Əliyevə bildirilib ki, Orta Dəhlizin əsas inkişaf hərəkətverici qüvvəsi Çinlə Azərbaycana artan yükdaşımalar həcmləridir. Hazırda Çin sərhədindən Gürcüstan limanlarına qədər tranzit daşımalar 15–18 gün ərzində həyata keçirilir. Proqnozlara görə, 2030-cu ilə qədər bu istiqamət üzrə yük axınları üç dəfə arta bilər.

Tədbir zamanı dövlət başçıları Orta Dəhlizin effektivliyinin və rəqabət qabiliyyətinin artırılmasına, həmçinin onun Avrasiya regionundakı tranzit rolunun möhkəmləndirilməsinə yönəlmiş konkret tədbirlər və təşəbbüslərlə tanış olublar.