RƏSMİ

07 Oktyabr

Dövlət Neft Fondundan büdcəyə transfertlər proqnoza tam icra edilib

2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10,861 milyard manat təşkil edib və proqnoza qarşı 100 faiz icra olunub.

Finss.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% və ya 1,275 milyard manat çoxdur.

Qeyd edək ki, 2025-ci il üzrə ARDNF dövlət büdcəsinə 14,481 milyard manat vəsait köçürməlidir ki, bu da proqnoza tam icra deməkdir.

Fuad Mədətov
Finss.az