RƏSMİ

09 İyul

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

Finss.az - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.

Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.