RƏSMİ

04 İyul

Özbəkistan Prezidenti İƏT ticarət nazirlərinin toplantısının Daşkənddə keçirilməsini təklif edib

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ticarət nazirlərinin toplantısının Daşkəndə keçirilməsini təklif edirəm.

Finss.az xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev İƏT 17-ci zirvə-toplantısında bildirib.

“Hazırda üzv dövlətlər arasında qarşılıqlı ticarət səviyyəsi aşağı olaraq qalır – bu, onların ümumi xarici ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir və 2024-cü ilə olan məlumata əsasən, təxminən 95 milyard ABŞ dolları səviyyəsindədir. Bu sahədə strateji əməkdaşlığın inkişaf yollarını müzakirə etmək üçün İƏT-ə üzv dövlətlərin ticarət nazirlərinin görüşünü Daşkənddə keçirməyi təklif edirik”, – deyə o vurğulayıb.