Finss.az - 2025-ci il iyulun 1-dən etibarən Azərbaycanda bəzi qohumlar arasında nikah bağlanması qadağan olunur.
Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, aşağıdakı şəxslər arasında nikaha icazə verilməyəcək:
-
Qardaş və bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları (məsələn, əmioğlusu və xalaqızı);
-
Əmi (dayı) ilə qardaş/bacı qızı;
-
Bibi (xala) ilə qardaş/bacı oğlu.
Bu qadağa qohumluq əlaqələrinin yaratdığı genetik riskləri azaltmaq məqsədi daşıyır və 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə aşağıdakı şəxslər arasında nikah bağlanması qadağandır:
-
Yaxın qohumlar (valideyn-övlad, baba-nənə və nəvə, doğma və ögey bacı-qardaşlar);
-
Övladlığa götürənlər və övladlığa götürülənlər;
-
Nikahda olan şəxslərdən biri və ya hər ikisi başqası ilə nikahda olduqda;
-
Tibbi müayinədən keçməyən şəxslər (Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən);
-
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən ruhi xəstə və ya əqli gerilikli şəxslər.