RƏSMİ

24 İyun

Layihələrdə iştirak payı dövlət büdcəsinin əsaslı xərcləri sırasına əlavə olunur

Layihələrdə iştirak payı ilə bağlı xərclər əsaslı xərclərdə əks etdiriləcək.

Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, əsaslı xərclər, o cümlədən, əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması dövlət büdcəsinin xərclərinə daxildir.

Təklif edilən dəyişikliklə layihələrdə iştirak payı da bu siyahıya əlavə edilir.