RƏSMİ

11 İyun

Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir

Finss.az - Hazırda halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Halal iqtisadiyyat" adlı dərs vəsaitinin təqdimatında deyib.

Onun sözlərinə görə, halal iqtisadiyyat sektoru Malayziyada daha çox inkişaf edib:

"Malayziyaya səfərimiz zamanı sözügedən sahənin Azərbaycanda da necə inkişaf edə biləcəyi barəsində fikir mübadiləsi apardıq. Nəticədə "Halal iqtisadiyyat" adlı dərs vəsaitinin yazılması fikri ortaya çıxdı".

A.Şirinov bildirib ki, ümumilikdə, 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilib, bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilib.