Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilərkən maliyyə naziri Sahil Babayev bildirib ki, sadələşmiş vergi ilə bağlı 200 min manat limitinin artırılması üzrə təkliflər hökumətə təqdim olunub.
Nazir qeyd edib ki, bu rəqəmlər hələ layihə mərhələsindədir və sadələşmiş vergi rejimi əsasən mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləmək məqsədi daşıyır.