RƏSMİ

28 May

Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 1.8 mlrd. manat təşkil edib

Finss.az - 2025-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 1 milyard 837,8 milyon manat təşkil edib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Xatırladaq ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olunub.