RƏSMİ

28 May

Sümük iliyi əməliyyatlarına 5 milyon manat ayrılıb

Finss.az - 2024-cü ildə dövlət büdcəsinin “Səhiyyə” xərcləri bölməsindən sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 5 milyon manat ayrılıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2024-cü ildə dövlət büdcəsinin “Səhiyyə” xərcləri bölməsindən sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 5 milyon manat, ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunan dərmanların və digər tibbi ləvazimatların dəyərinin ödənilməsi üçün 2,9 milyon manat vəsait ayrılıb.