RƏSMİ

27 May

Dövlət UFAZ və Türkiyə–Azərbaycan Universitetini 32 milyon manata maliyyələşdirib

Finss.az - 2024-cü ildə Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universiteti)müəssisəsinin saxlanmasına sərf edilən vəsait açıqlanıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Hesabatda qeyd edilib ki, “Ali təhsil” köməkçi bölməsi üzrə ayrılmış 32,4 milyon manat vəsait hesabına 2 ali təhsil (Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universiteti)müəssisəsinin saxlanması və fəaliyyəti ilə bağlı xərclərin, yaradıcılıq profilli ali təhsil müəssisələrinə maliyyə yardımı, ali təhsil müəssisələrində təhsil qrantları, yeni məzmunlu təhsil proqramlarının tətbiqi və digər xərclərin ödənilməsi təmin edilib.