“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarqərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594, № 9, maddə 1067, № 11, maddə 1246) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 77-ci maddəsinin beşinci abzasının birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 82; 2025, № 2, maddə 187) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşunları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün quru ərzaq payı Normaları”nın “Qeydlər” hissəsinin 2-ci bəndinin ikinci cümləsində “ərzaqların” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları”nda hər iki halda “ərzaq xidməti” sözləri “ərzaq (qida) xidməti” sözləri ilə əvəz edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinə müalicə ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları”nın cədvəlinin 7-ci hissəsində “ərzaqları” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.
3. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 960 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.6-cı və 11.4-cü bəndlərində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.6-cı və 11.4-cü bəndlərində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 609; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 97 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Bakı Hərbi Kollecinin Nizamnaməsi”nin 7.19-cu bəndində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Gəncə Hərbi Kollecinin Nizamnaməsi”nin 7.19-cu bəndində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;
4.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Naxçıvan Hərbi Kollecinin Nizamnaməsi”nin 7.19-cu bəndində “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 iyun tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 723, № 11, maddə 1255) ilə təsdiq edilmiş “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nın 3.2.5-ci və 13.3.9-cu yarımbəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 8 ” “ may ” 2025-ci il
№ 154