RƏSMİ

30 Aprel

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın dövlət zəmanətli borcu (daxili və xarici) 10 milyard 965,3 milyon manat təşkil edib. Bu məbləğ 2025-ci il üçün proqnozlaşdırılan ÜDM-in 8,4 faizinə bərabərdir.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət zəmanətinin böyük hissəsi – 9 milyard 237,8 milyon manatı (5 milyard 434 milyon ABŞ dolları) və ya ümumi borcun 84,2 faizi xarici kreditlərin payına düşür. Daxili borclar isə 1 milyard 727,5 milyon manat və ya ümumi portfelin 15,8 faizini təşkil edir.

Valyuta baxımından borcun strukturu belədir:

  • ABŞ dolları: 63,3%
  • Avro: 18,7%
  • Azərbaycan manatı: 12,3%
  • Yapon yeni: 3,9%
  • Digər valyutalar: 1,8%

Borcların faiz dərəcəsinə görə bölgüsünə gəlincə, portfelin 58,2 faizi sabit, 41,8 faizi isə dəyişkən faizli borclardan ibarətdir.

Fuad Mədətov
Finss.az