RƏSMİ

28 Aprel

“Biznesin Müflisləşməsi” İşçi qrupunun məhkəmə qərarları Vahid Məhkəmə Portalında yerləşdirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları yerləşdirilib.

Finss.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, “Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəmənin adı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub. Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyəti və nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsi mümkündür.

Qərarlarla linkə keçid edərək tanış olmaq olar.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Fuad Mədətov
Finss.az