RƏSMİ

21 Aprel

Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün ayrılan vəsaitin yalnız beşdə biri 1-ci rübdə istifadə olunub

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.

Bu barədə Finss.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Fuad Mədətov
Finss.az