Hesablama Palatası Azәrbaycan İnvestisiya Holdinqi və ona daxil olan portfel şirkətlərdə bəzi nöqsanlar aşkarlayıb.
Finss.az bu barədə Palataya istinadən xəbər verir ki, audit predmetinin pul vәsaitlәrinin hәrәkәti üzәrindәn faktiki maliyyә tutumu ümumilikdә 44,5 mln. manata bәrabәr olub.
Auditlә müəyyən edilib ki, “Dövlәt adından yaradılan publik hüquqi şәxslәrә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi Qaydası” ilə bağlı şәrtlәrә әmәl edilmәmәklә fәaliyyәt ehtiyaclarına sәrf olunan vәsaitlәrdәn 2021-ci ilin sonuna 4,2 mln. manat vә 2022-ci ilin sonuna 8,4 mln. manat mәblәğindә bank hesablarında qalan qalıqlar aidiyyәti hesabat illәri üçün dövlәt büdcәsindәn köçürülmüş maliyyәlәşmәlәrdә bu vә ya digәr hәdlәrdә nәzәrә alınmayıb.
Müvafiq hüquqi aktla ilk 3 illik müddәtdәn sonrakı dövrdә Holdinqin fәaliyyәtinin tәşkili vә tәmin edilmәsi xәrclәrinin әsas maliyyәlәşdirilmә mәnbәyi kimi müәyyәn edilmiş idarәetmәsinә verilmiş dövlәt müәssisәlәrinin illik xalis mәnfәәtinin 20 faizinin ödәnilmәsi istiqamәtindә zәruri addımların atılması (o cümlәdәn, icra reqlamentinin müәyyәnlәşdirilmәsi, rәsmi yazışmaların aparılması) tәmin edilmәyib. Bu da hәmin mәnbәdәn olan maliyyә resurslarının cәlb olunmaması ilә nәticәlәnmәklә dövlәt büdcәsinin vәsaitlәrindәn asılılığın aradan qaldırılmasına yaxın perspektivdә nail olunmayacağını demәyә zәmin yaradır.
İşәgötürmә sәlahiyyәti bilavasitә Holdinqә aid olan bir sıra vәzifәlәrin uzun müddәt әrzindә vakant saxlanılması vә ardıcıl olaraq dәfәlәrlә 3 aydan bir (ixtiyari bir neçә günlük intervallarla) “әvәzetmә vә hәvalә” kimi tәkrarәn sәnәdlәşdirilmәsi üsulu ilә 2021-ci ildә 4, 2022-ci ildә 5, 2023-cü ildә 8, 2024-cü ilin birinci rübündә 2 nәfәr әmәkdaşının aylıq әmәk haqlarının mәblәğinin hәmin vakant ştatların aylıq әmәk haqlarının 50,0%-i hәddindә artırılmasına yol verilib.
Portfelindә dividend ödәmә qabiliyyәtli şirkәtlәrin sayının 2020-ci ildәn etibarәn 4-dәn 8- ә yüksәlmәsi barәdә mәlumatın tәqdim edilmәsi şәraitindә dövlәt büdcәsinә 2021-ci vә 2022- ci illәrdә yalnız iki dövlәt şirkәti, 2023-cü ildә isә yalnız bir dövlәt şirkәti tәrәfindәn dividend şәklindә vәsait köçürülüb.
Eyni zamanda, portfel şirkәtlәri tәrәfindәn әvәzsiz әsaslarla dövlәt büdcәsindәn müxtәlif tәyinatlar (o cümlәdәn, subsidiya, әsaslı vәsait qoyuluşu vә s.) üzrә әldә edilmiş vәsaitlәrin hәcmi 2021-2023-cü illәr әrzindә 2 dәfәyә yaxın artıb. (2021- ci ildәki 762,6 mln. manatdan 2023-cü ildәki 1,5 mlrd. manatadәk olmaqla) ki, bu da dividend ödәmә qabiliyyәtinin artması ilә әlaqәdar dövlәt büdcәsinә töhvә verilmәmәsi ilә yanaşı, portfel şirkәtlәrin әmәliyyat vә (vә ya) investisiya fәaliyyәtindә dövlәt büdcәsinin vәsaitlәrindәn asılılıq sәviyyәsinin nә dәrәcәdә yüksәk olduğunu göstәrib.
Portfel şirkətləri 2021-ci, 2022-ci vә 2023-cü hesabat illәri üzrә maliyyә hesabatlarının vaxtında tәrtib edilmәklә auditin keçirildiyi dövrün sonunadәk aidiyyәti üzrә tәqdim edilmәsi öz tәsdiqini tapmayıb, elәcә dә Nizamnamәsinin 7.1-ci bәndindә qeyd olunmasına baxmayaraq maliyyә hesabatlarının müvafiq qaydada tәrtib edilmәklә auditin keçirildiyi dövrün sonunadәk dәrc edilmәsi tәmin edilmәyib. Auditor, dövlәt sifarişinin rәsmilәşdirilmәsinә (yalnız audit obyektindәn asılı olmayan şәraitdә), dövlәt büdcәsinin vәsaitlәrindәn asılılığın tәdricәn aradan qaldırılmasına, әmәyin ödәnişi prosesinin tәnzimlәnmәsinә, pul vәsaitlәrinin istifadә olunmasına, funksional sәlahiyyәtlәrin yerinә yetirilmәsinә vә maliyyә hesabatlılığına dair bir sıra hallardan başqa digәr audit predmetlәrinin tәtbiq edilәn meyarlar baxımından әsasәn uyğun olması ilә bağlı şәrti müsbәt rәy verib.