2026-cı il üçün icmal büdcəsinin gəlirləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 935,6 milyon manat və yaxud 2,1 faiz çox olmaqla 44886,2 milyon manat, ortamüddətli dövrün sonuna isə 7057 milyon manat və yaxud 16,1 faiz çox olmaqla 51 007,6 milyon manat proqnozlaşdırılır.
Bu barədə Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2029-cu ildə qeyri-neft/qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-ci ilin göstəricisi ilə müqayisədə 6,9 faiz bənd artaraq 61,9 faiz, mütləq ifadədə isə19,4 faiz artaraq 25,8 milyard manat təşkil edəcəkdir. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2026-cı illə müqayisədə10,3 faiz azalaraq dövrün sonunda 15,8 milyard manata qədər enəcəkdir.
Bildirilib ki, ortamüddətli dövr üzrə ( 2026-2029-cu illər) icmal və dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2026-2029-cuillər üzrə 65 ABŞ dolları/barrel, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınıb.
2026-cı il üçün icmal büdcənin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1427,9 milyon manat və yaxud 3 faiz çox olmaqla 49057,4 milyon manat, ortamüddətli dövrün sonuna isə 4497,4 milyon manat və yaxud 9,4 faiz çox olmaqla 52126,8 milyon manat proqnozlaşdırılır.
Eyni zamanda, 2026-cı il üzrə dövlət büdcəsinin xərcləri 42230 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 822,4 milyon manat və ya 2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2356,7 milyon manat və yaxud 5,7 faiz çox olmaqla 43764,3 milyon manat proqnozlaşdırılır.