RƏSMİ

27 Dekabr

Dövlət orqanlarında çalışan xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırılıb

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Fins.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

 

 

 

Sıra

№-si

 

 

Kateqoriyalar üzrə dövlət orqanları

 

Aylıq vəzifə maaşının məbləği (manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

460

2.

1-ci kateqoriya dövlət orqanlarında

445

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

425

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

400

 
Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
 
Qeyd edək ki, bundan əvvəl dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
 

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

400

2.

1-ci kateqoriya dövlət orqanlarında

385

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

365

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

345