RƏSMİ

26 Dekabr

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib - QƏRAR

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilib.

Fina.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı,Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparıb və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcəklər.

Bununla yanaşı, sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərəcək.