Qəzalı binalarla bağlı 2025-ci ildə 50 milyon manat ayrılacaq.
Finss.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov Milli Məclisdə təqdim etdiyi 2024-cü il üzrə hesabat zamanı qəzalı binalarla bağlı həyata keçirilən tədbirlərdən danışıb.
O, bildirib ki, bu istiqamətdə inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb və 2025-ci ilin dövlət büdcəsində qəzalı binaların problemlərinin həlli üçün 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Baş nazir həmçinin qeyd edib ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 milyard manat olub. Bu addım, ölkənin tikinti sektorunda irəliləyişlər və əhalinin yaşadığı şəraitin yaxşılaşdırılması istiqamətində atılmış mühüm bir addımdır.