RƏSMİ

27 Noyabr

2025-ci ildə dövlət büdcəsi gəlirləri 5,3%, xərcləri isə 4,1% artacaq

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq

Fins.az-ın məlumatına görə, bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 2024-cü ilə nisbətən 5,3% artaraq 38 milyard 316 milyon manat olacaq.

2025-ci il üçün dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat təşkil edəcək ki, bu da 2024-cü ilə nisbətən 4,1% artım deməkdir.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.