RƏSMİ

25 Noyabr

2025-ci ildə sosial tədbirlər paketi 3 milyon insanı əhatə edəcək - Komitə sədri

Azərbaycanda gələn il sosial sahədə çoxşaxəli artımları nəzərdə tutan tədbirlər paketi həyata keçiriləcək. Minimum əməkhaqqı və pensiyanın artırılması, sosial müavinətlərin və təqaüdlərin yüksəldilməsi, eləcə də pensiyaların indeksləşdirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Komitə sədri bildirib ki, təqdim olunan sosial paket ümumilikdə 3 milyon insanı əhatə edəcək. Bundan əlavə, 2025-ci il üçün inflyasiya səviyyəsinin 4,6 faiz olması proqnozlaşdırılır.

Azər Əmiraslanov qeyd edib ki, bu tədbirlər həm sosial təminatın gücləndirilməsi, həm də əhalinin rifahının yüksəldilməsi məqsədinə xidmət edir.