RƏSMİ

25 Noyabr

Azərbaycan iqtisadi artımını qoruyaraq liderlik mövqeyini möhkəmləndirir - Sahibə Qafarova

Azərbaycan iqtisadi artım templərini qoruyub saxlayaraq regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib. İlin əvvəlindən etibarən iqtisadiyyatın əsas sektorlarında mühüm nailiyyətlər qeydə alınıb.

Fins.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında səsləndirib.

S.Qafarova sosial sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır:

  • Əməkhaqqı və pensiyaların artırılması təmin edilib.
  • Keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin əlçatanlığı daha da genişləndirilib.

Qafarova qeyd edib ki, ölkədə davam edən islahatlar həm iqtisadi, həm də sosial sahədə inkişafı sürətləndirməkdə davam edir.