Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bəzi mədaxil mənbələrində azalmaların proqnozlaşdırıldığını açıqlayıb.
Fins.az-ın məlumatına görə, sədr bildirib ki, hüquqi şəxslərin mənfəət vergisi ilə bağlı azalma gözlənilsə də, bu itki digər mədaxil mənbələrinin artımla kompensasiya ediləcək. Xüsusilə, Dövlət Neft Fondundan transfertlər, aksizlər, ƏDV və fiziki şəxslərin gəlir vergisinin artırılması ilə büdcə gəlirləri ümumilikdə artımla proqnozlaşdırılır. Bu addımlar, büdcə kəsirinin qarşısını almağa və iqtisadi tarazlığı qorumağa yönəlib.