RƏSMİ

11 Oktyabr

Bələdiyyələr dövlətə milyonlarla manat borcludur

Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu  olduğunu bildirib.

Fins.az , F.Əliyevin açıqlamasına istinadən xəbər verir ki, dövlət borcların böyüməsinin qarşısını alsa da əvvəldən qalan borclar hələ də var

"Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq”, - deyə Fərid Əliyev bildirib.
 

Zemfira Ms
Fins.az