RƏSMİ

08 Oktyabr

GÜNDƏM: Prezident İlham Əliyevin Putinlə Görüşü - Şuşada Türk Dövlətləri Səhiyyə Nazirləri İclasları və Milli Məclisin Payız Sessiyasının Növbəti Addımları

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Fins.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar, həmkarlar.

Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.

Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.

Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.

Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə,- bu isə açıq-aşkardır,- hər hansı düzəlişlər etmək imkanımız var.

Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev dedi:

-Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.

Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.

Görüşə görə bir daha sağ olun.

Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.

* * *

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə toplantısının keçiriləcəyi yer və vaxt məlum olub.

Fins.az xəbər verir ki, bu barədə TDT-nin rəsmi saytında yerləşdirilən proqramda məlumat verilib.

Məlumata əsasən, TDT dövlət başçılarının XI Zirvə toplantısı 5-6 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.

Qeyd edək ki, 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

* * *

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev öz həmkarları Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygarla ikitərəfli görüşlər keçirib.

Səhiyyə Nazirliyindən Fins.az-a bildirilib ki, konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.

İkitərəfli görüşlərdə Teymur Musayev Təşkilat çərçivəsində vahid tibb elmi məkanın yaradılması və vahid rəqəmsal səhiyyə standartlarının hazırlanmasının vacibliyini qeyd edib. Transplantologiyanın müasir tibbin ən sürətlə inkişaf edən sahələrindən biri olduğunu vurğulayan nazir, birgə sisteminin yaradılmasına dair imzalanan sənədin önəmini diqqətə çatdırıb.

Öz növbəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri bugünkü iclasın səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd ediblər. Görüşlər zamanı yoluxucu xəstəliklərin qarşısının alınması, əczaçılıq sənayesinin inkişafı və dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə proqram və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Həmçinin, səhiyyə və müalicə turizminin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsinə də maraq ifadə olunub.

İclas çərçivəsində imzalanan sənədlərin və qəbul edilən qərarların mahiyyətini vurğulayan Təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın Türktransplant sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.

* * *

Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.

Fins.az verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.

Sonra Türk Dövlətləri Təşkilatının fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: “Bizim səylərimiz çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib”.

Kubanıçbek Omuraliev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. Baş katib müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulanıb: “Səhiyyə sahəsində əməkdaşlığımızda mühüm nailiyyət kimi biz səhiyyə nazirlərinin “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.

Tədbirin açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. “Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin vacibliyini qeyd edən Teymur Musayev səhiyyə sahəsində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib: “Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev Təşkilata üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin prioritetləri arasında olduğunu vurğulayıb”.

Transplantologiyanın müasir tibbin ayrılmaz hissəsi olduğunu qeyd edən Teymur Musayev deyib: “Bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik”.

Nazir, Təşkilata üzv və müşahidəçi ölkələrinin birgə fəaliyyətinin əsas istiqamətləri kimi Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsinini bildirib: “Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir”.

“Bütün bunları nəzərə alaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində imzalanan birgə sənədlərin müddəalarının qısa zamanda koordinasiyalı icrasının üzv ölkələrin səhiyyə sistemlərinin mümkün təhdidlərə qarşı dayanıqlığını artıracağına və vahid standartlara əsaslanan səhiyyə ekosisteminin formalaşmasına əməli dəstək verəcəyinə inanırıq”, - deyə Azərbaycaın səhiyyə naziri fikrini tamamlayıb.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra regionda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, azad edilən digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının ən qabaqcıl standartlara uyğun olaraq inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygar və Macarıstanın nümayəndəsi Türk Dövlətləri Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar. Yerbol Ospanov öz çıxışında TDT-nin üzv və müşahidəçi ölkələrini Qazaxıstanın İlkin tibbi-sanitariya yardımı (İTSY) üzrə Dövlətlərin Koalisiyasının yaradılması təşəbbüsünü dəstəkləməyə və Koalisiyaya qoşulmağa dəvət edib. Onun sözlərinə görə, Koalisiya profilaktika və sağlamlığın qorunması prinsiplərini təşviq etmək, eyni zamanda İTSY-nin inkişafı üçün birgə tövsiyələr hazırlamaq məqsədilə yaradılacaq.

Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, həmçinin Türktransplant sisteminin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiriblər.

Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib. Tədbirin mahiyyətini vurğulayan Hans Henri Kluge iclasın işinə uğurlar arzulayıb.

Tədbir çərçivəsində “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar. Həmçinin, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumlarının imzalanılması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.

İclasın sonunda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.

* * *

VII çağırış Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçilib.

Fins.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ daxil edilib.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

İşçi qrupları və rəhbərləri aşağıdakı kimidir:

Azərbaycan - Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Nəsirov Elman Xudam oğlu
Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Həsənov Nurlan Urfan oğlu
Azərbaycan - Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Seyidov Səməd İsmayıl oğlu
Azərbaycan - Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İskəndərov Vüqar Yapon oğlu
Azərbaycan - Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Fətiyev Xanlar Nuru oğlu
Azərbaycan - Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mirkişili Tahir Famil oğlu
Azərbaycan - Banqladeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hüseynov Aydın Nəsir oğlu
Azərbaycan - Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Səmədzadə Ziyad Əliabbas oğlu
Azərbaycan - Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Cəfərov Kamal Xaqani oğlu
Azərbaycan - Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hacıyev Sabir Kamal oğlu
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşazadə Cavanşir Hümmət oğlu
Azərbaycan - Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Quliyev Eldar Allahyar oğlu
Azərbaycan - Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əfəndiyev Məzahir Cavid oğlu
Azərbaycan - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İsmayılzadə Fariz Akif oğlu
Azərbaycan - Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədli Müşfiq Fazil oğlu
Azərbaycan - Burundi parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Musayev Elşən Məmmədhənifə oğlu
Azərbaycan - Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu Həmzəyev Naqif Ələşrəf oğlu
Azərbaycan - Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Akimova Elnarə Seydulla qızı
Azərbaycan - Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əsədov Heydər Xanış oğlu
Azərbaycan Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Badamov Azər Camal oğlu
Azərbaycan - Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov Soltan Teymur oğlu
Azərbaycan - Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Arpadarai Nigar Cavid qızı
Azərbaycan - Efiopiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Vəliyeva Mehriban Hidayət qızı
Azərbaycan - Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mirzəbəyli Elçin Əbdülrəhim oğlu
Azərbaycan - Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Həsənova Afət Əbil qızı
Azərbaycan Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qasımlı Musa Cəfər oğlu
Azərbaycan - Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İsmayılov Şahin Əmir oğlu
Azərbaycan - Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Vəliyeva Pərvanə Bulut qızı
Azərbaycan - Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Nurullayev Razi Qulaməli oğlu
Azərbaycan - Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Şükürov Zaur Ramiz oğlu
Azərbaycan - Honduras parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hüseynova Sevinc Əmirəhməd qızı
Azərbaycan - Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Nurullayeva Könül Oruc qızı
Azərbaycan - İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əliyev Bəxtiyar Həmzə oğlu
Azərbaycan - İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İsgəndərov Anar Camal oğlu
Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov İlham Kazım oğlu
Azərbaycan - İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əsgərov Ziyafət Abbas oğlu
Azərbaycan - İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qədirli Erkin Toğrul oğlu
Azərbaycan - İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mikayılova Sevil Əlirazı qızı
Azərbaycan - İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Rafailov Anatoliy Xaimoviç
Azərbaycan - İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hüseynov Rafael Baba oğlu
Azərbaycan - İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Nəbiyev Rizvan Novruz oğlu
Azərbaycan - İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Kərimli Azər Şəmşid oğlu
Azərbaycan - Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Seyidzadə Şahin Kamil oğlu
Azərbaycan - Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əli-zadə Arzuxan Baxşəli oğlu
Azərbaycan - Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Gəncəliyev Tural Babaşah oğlu
Azərbaycan - Kolumbiya - Qvatemala parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Cəfərov Müşfiq Cəfər oğlu
Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Həsənov Malik Əvəz oğlu
Azərbaycan Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mahmudov Rəşad Məmmədqulu oğlu
Azərbaycan - Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Möhbalıyev Səttar Suliddin oğlu
Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Səfərov Nizami Abdulla oğlu
Azərbaycan - Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Rzayev Tahir Musa oğlu
Azərbaycan - Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Quliyev Musa İsa oğlu
Azərbaycan - Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Bayramov Kamran Fərhad oğlu
Azərbaycan - Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məhəməliyev Nəsib Məhəmməd oğlu
Azərbaycan - Livan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Musayev Elşad Nəbi oğlu
Azərbaycan - Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İbrahimli Fəzail Feyruz oğlu
Azərbaycan - Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədova Nigar Fikrət qızı
Azərbaycan - Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hüseynli Əli Məhəmməd oğlu
Azərbaycan - Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Bayramov Vüqar İbad oğlu
Azərbaycan - Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Həsənquliyev Qüdrət Müzəffər oğlu
Azərbaycan - Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Sadiq Haqverdi oğlu
Azərbaycan - Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əliyeva Jalə Fazil qızı
Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İsmayılov İmamverdi İbiş oğlu
Azərbaycan - Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov Ceyhun Valeh oğlu
Azərbaycan - Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Novruzov Siyavuş Dünyamalı oğlu
Azərbaycan - Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Oruc Zahid Məhərrəm oğlu
Azərbaycan - Montenegro parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məsimli Əli Əhməd oğlu
Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Həsən Ramil Sahib oğlu
Azərbaycan - Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov Qaya Məmməd oğlu
Azərbaycan - Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Rəhimzadə Vüqar Gəncəli oğlu
Azərbaycan - Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Xasayeva Səbinə Səməd qızı
Azərbaycan - Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İbrahimov Eldar Rza oğlu
Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qafarov Kamaləddin Nəsrəddin oğlu
Azərbaycan - Panama parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Kərimzadə Pərvin Orxan qızı
Azərbaycan - Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov Hikmət Baba oğlu
Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Alıyev Sahib Eyvaz oğlu
Azərbaycan - Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Fətəliyeva Sevinc Həbib qızı
Azərbaycan - Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Vəliyev Samir Əhməd oğlu
Azərbaycan - Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Quliyev Azay Əjdər oğlu
Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Bülbüloğlu Polad
Azərbaycan - Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: İbrahimqızı Məlahət İbrahim qızı
Azərbaycan - Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Yıldırım Fatma Vidadi qızı
Azərbaycan - Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov Məşhur Şahbaz oğlu
Azərbaycan - Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məmmədov Anar İlyaz oğlu
Azərbaycan - Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Vəliyev Ağalar İsrəfil oğlu
Azərbaycan - Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Ağamalı Günay Fəzail qızı
Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Feyziyev Cavanşir Əyyub oğlu
Azərbaycan - Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mustafa Fazil Qəzənfər oğlu
Azərbaycan - Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mirzəzadə Aydın Böyükkişi oğlu
Azərbaycan - Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qəhrəmanov Göydəniz İbrahim oğlu
Azərbaycan - Tunis parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əmiraslanov Azər Kamal oğlu
Azərbaycan Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əmiraslanov Əhliman Tapdıq oğlu
Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Rüstəmxanlı Tənzilə Yolçu qızı
Azərbaycan - Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məhərrəmzadə Əlibala Səttar oğlu
Azərbaycan - Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Zabelin Mixail Yuryeviç
Azərbaycan - Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Cəfərova Tamam Şaməmməd qızı
Azərbaycan - Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hüseynova Hicran Kamran qızı
Azərbaycan - Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Ağazadə Əminə Həmid qızı
Azərbaycan - Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mollazadə Asim Nazim oğlu
Azərbaycan - Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Məhərrəmov Bəhruz Abdurrəhman oğlu
Azərbaycan - Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Süleymanlı Mahir Tahir oğlu.

* * *

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib.

Fins.az-ın məlumatına görə, iclasın gündəliyinə 28 məsələ daxil olunub.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.
8. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə).
9. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
11. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
12. “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
13. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
14. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
15. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
16. “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
17. “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
20. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
21. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
22. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
23. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
24. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
27. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
28. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.

Qeyd edək ki, bugünki iclasın gündəliyinə daxil olunan 28 məsələyə baxılıb.