VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Dövlətimizin başçısı nitq söyləyib.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb.
Dövlətimizin başçısı deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.
* * *
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. Bu qərar parlamentin bu gün keçirilən iclasında qəbul edilib.
Qafarova, Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatları tərəfindən sədrliyə namizəd olaraq irəli sürülüb. O, VI çağırış Milli Məclisin sədri olub.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və seçkilərin nəticələri sentyabrın 21-də Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.
* * *
Əli Əhmədov Milli Məclisin sədrinin birinci müavini seçilib. Bu qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri sentyabrın 21-də Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib. Əli Əhmədov eyni zamanda Yeni Azərbaycan Partiyasının sədr müavini və İdarə Heyətinin üzvüdür.
* * *
Deputat Ziyafət Əsgərov yenidən Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib. Bu qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.
Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür və V çağırış Milli Məclisdə sədr müavini olub.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri sentyabrın 21-də Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.
* * *
Deputat Rəfael Hüseynov Milli Məclisin sədr müavini seçilib. Bu qərar parlamentin bu gün keçirilən iclasında qəbul edilib. R.Hüseynov müxalifət nümayəndəsi olaraq bu vəzifəyə seçilib.
Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri sentyabrın 21-də Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb, onların 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir.
* * *
Deputat Musa Qasımlı Milli Məclisin sədr müavini seçilib. Bu qərar parlamentin bu gün keçirilən iclasında qəbul edilib. M.Qasımlı müstəqil deputatlardan bu vəzifəyə seçilib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri sentyabrın 21-də Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli və 598 beynəlxalq müşahidəçi qeydə alınıb.
* * *
VII çağırış Milli Məclisin komitə sədrlərinin adları təsdiq edilib. Milli Məclisin sədri Sahibə Qafarova, deputatların komitə sədrliyinə namizədliklərini irəli sürdükdən sonra, səsvermə nəticəsində aşağıdakı şəxslər komitə sədri seçilib:
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi: Əli Hüseynli
- İnsan hüquqları komitəsi: Zahid Oruc
- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi: Sadiq Qurbanov
- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi: Azər Əmiraslanov
- Aqrar siyasət komitəsi: Tahir Rzayev
- Əmək və sosial siyasət komitəsi: Musa Quliyev
- Regional məsələlər komitəsi: Siyavuş Novruzov
- Elm və təhsil komitəsi: Anar İsgəndərov
- Mədəniyyət komitəsi: Polad Bülbüloğlu
- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi: Səməd Seyidov
- Səhiyyə komitəsi: Əhliman Əmiraslanov
- Ailə, qadın və uşaq məsələləri komitəsi: Hicran Hüseynova
- Gənclər və idman komitəsi: Şahin İsmayılov
- İctimai birliklər və dini qurumlar komitəsi: Fazil Mustafa
Komitə sədrlərinin müavinləri də təsdiq edilib. Bununla VII çağırış Milli Məclisin birinci iclası başa çatıb. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 112 min 749 yerli və 598 beynəlxalq müşahidəçi qeydə alınıb.
* * *
Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib. Aşağıdakı şəxslər müavin təyin olunublar:
- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi: Elşən Musayev
- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi: Qüdrət Həsənquliyev
- İnsan hüquqları komitəsi: Arzuxan Əlizadə
- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi: Fatma Yıldırım
- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi: Azər Badamov
- Aqrar siyasət komitəsi: Razi Nurullayev
- Əmək və sosial siyasət komitəsi: Elşad Musayev
- Səhiyyə komitəsi: Rəşad Mahmudov
- Ailə, qadın və uşaq məsələləri komitəsi: Jalə Əliyeva
- Gənclər və idman komitəsi: Könül Nurullayeva
- İctimai birliklər və dini qurumlar komitəsi: Sahib Alıyev
- Regional məsələlər komitəsi: Nurlan Həsənov
- Elm və təhsil komitəsi: Fariz İsmayılov
- Mədəniyyət komitəsi: Günay Əfəndiyeva
- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi: Nigar Arpadarai
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə 112 min 749 yerli və 598 beynəlxalq müşahidəçi qeydə alınıb. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.
Fuad Mədətov
Fins.az