RƏSMİ

13 Sentyabr

Naxçıvanda büdcədənkənar vəsaitlərin icrasında 84% kənarlaşma - Hesablama Palatası

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasındakı qurumlar tərəfindən büdcədənkənar vəsaitlərin icrası ilə bağlı təqdim olunan hesabatların 84%-nin müvafiq icra hakimiyyəti orqanının hesabatları ilə müqayisəsi aparılmış və müqayisə nəticəsində kənarlaşmalar müəyyən edilib.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən büdcədənkənar gəlirlər ilə bağlı təqdim edilmiş hesabatlar ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş hesabatlar arasında 17,5 min manat fərq olduğu müəyyən edilib.

Eyni zamanda, təhlillər bəzi qurumlar (Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi 23,2 min manat, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi 5,3 min manat, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi 14,2 min manat, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi 33,0 min manat, Naxçıvan Muxtar Respublika Prokurorluğu 737,42 manat, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7,1 min manat, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi 23,0 min manat, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidməti 200,0 min manat) tərəfindən büdcədənkənar gəlirlərin müvafiq qaydada smetasının təsdiq edilməməsi səbəbindən ilkin büdcədə nəzərə alınmadığını deməyə əsas verir.

Qeyd edək ki, bu hal büdcənin gəlir parametrinin tamlığına da təsir edir.

Fuad Mədətov
Fins.az