RƏSMİ

13 Sentyabr

Vergi borcunun 33,5 %-i sanksiya və faizlərdən ibarətdir - Hesablama Palatası

2024-cü ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə olan vergi borcları 18,2% artıb və borcun əsas hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb.

Fins.az-ın məlumatına görə, bu, Hesablama Palatasının büdcə parametrlərinin təhlili ilə bağlı yaydığı məlumatda qeyd olunub.

"Vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyaları və faizlər təsir göstərib. Dövrün sonunda borcun 33,5%-ni maliyyə sanksiyaları və faizlər təşkil edir ki, bu da vergi ödəyicilərinin borc yükünün artmasına və borcun ödənilməməsinə gətirib çıxara bilər", - deyə sənəddə vurğulanıb.

Fuad Mədətov
Fins.az