Bakıda Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilmiş görüşdə iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi gündəmə gətirilib.
Fins.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı elektron hökumət və rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi, regional nəqliyyat kommunikasiyalarında əməkdaşlığın gücləndirilməsi, eləcə də Orta Dəhliz üzərindən yük axınının artırılması məsələləri müzakirə olunub.
Görüşdə həmçinin, Düşənbə-Bakı-Düşənbə marşrutu üzrə uçuşların bərpası məsələsi də nəzərdən keçirilib.
Bundan əlavə, tərəflər noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Tacikistanın sənaye seqmenti nümayəndələrinin iştirakını da müzakirə ediblər.
Fuad Mədətov
Fins.az