Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnaməsi təsdiq edilib.
Fins.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Yasaqlıq Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 24 noyabr tarixli 416 nömrəli Qərarı ilə Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində yaradılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı ilə fəaliyyəti bərpa edilmişdir.
Əsasnamədə Yasaqlığın fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və Yasaqlığın mühafizəsi müəyyənləşib.