2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyəsi 8 milyard ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bu rəqəmi qeyd edərək, tərəflərin bu göstəricidən məmnun olduğunu bildirib.
C.Bayramov həmçinin 2024-cü ildə bu artış dinamikasının davam etdiyini vurğulayıb:
"Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına edilən yatırımların həcmi isə 20 milyard dolları keçib. Bu göstəricilər, iki ölkə arasındakı iqtisadi münasibətlərin güclü və inkişafda olduğunu göstərir".
Fuad Mədətov
Fins.az