RƏSMİ

15 İyul

Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzaıayıb.

Fins.az xəbər verir ki, 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.