RƏSMİ

08 İyul

Elektroenergetika ilə bağlı bəzi qanunlarda dəyişiklik edildi

Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Fins.az xəbər verir ki, sənəddə deyilir:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16) 18.76-cı maddəsində “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc həddindən” sözləri “200 kilovatdan” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 78 (Cild I) 2.1-ci maddəsindən “Elektrik və istilik stansiyaları haqqında”,” sözləri çıxarılsın.

Maddə 3. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 778 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 13.2-ci maddəsindən “Elektrik və istilik stansiyaları haqqında”,” sözləri çıxarılsın.

Maddə 4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I) 3 nömrəli əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 53-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən” sözləri “su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan” sözləri ilə əvəz edilsin;

4.2. 57-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən” sözləri “200 kilovatdan” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 702 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci maddə üzrə:

5.1.1. 1.1.2-ci maddəyə “təchizatı” sözündən əvvəl “paylanması,” sözü əlavə edilsin;

5.1.2. 1.1.7-ci maddədə “təchizatı” sözü “paylanması” sözü ilə əvəz edilsin;

5.1.3. 1.1.9-cu maddədə “elektrik şəbəkəsi üzrə dövlət elektroenergetika müəssisəsi, elektrik təchizatı şəbəkəsi üzrə enerji təchizatı müəssisəsi” sözləri “şəbəkə üzrə ötürücü sistem operatoru, paylayıcı şəbəkə üzrə paylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin;

5.1.4. 1.1.12-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi güc həddinədək” sözləri “150 kVt-dək (150 kVt daxil olmaqla)” sözləri ilə əvəz edilsin;

5.1.5. 1.1.15-ci maddədə “dövlət elektroenergetika müəssisəsi” sözləri “ötürücü sistem operatoru” sözləri ilə əvəz edilsin;

5.1.6. 1.1.16-cı maddədə “dövlət elektroenergetika müəssisəsi” sözləri “ötürücü sistem operatoru” sözləri ilə, “qeyri-balansın” sözü “elektrik enerjisinin qeyri-balansının” sözləri ilə əvəz edilsin və həmin maddəyə “elektrik enerjisi istehsalının,” sözlərindən sonra “saxlanmasının,” sözü əlavə edilsin;

5.2. 6.4.5-ci maddədə “dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin” sözləri “ötürücü və paylayıcı sistem operatorlarının” sözləri ilə əvəz edilsin;

5.3. 8.4.3-cü maddədə “dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi” sözləri “ötürücü və ya paylayıcı sistem operatorları” sözləri ilə əvəz edilsin;

5.4. 10.1-ci maddədə “elektrik təchizatı şəbəkəsinə” sözləri “paylayıcı şəbəkəyə” sözləri ilə əvəz edilsin;

5.5. 14-cü maddədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

5.6. 17-ci maddə üzrə:

5.6.1. 17.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;

5.6.2. 17.3-cü maddədə “dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi” sözləri “ötürücü və ya paylayıcı sistem operatorları” sözləri ilə əvəz edilsin;

5.7. 19-cu maddənin adında, 19.1-ci və 19.2-ci maddələrin birinci abzaslarında “Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin” sözləri “Ötürücü və paylayıcı sistem operatorlarının” sözləri ilə əvəz edilsin.

Maddə 6. Bu Qanunun 5.1.3-cü, 5.2-ci, 5.3-cü, 5.6.2-ci və 5.7-ci maddələri paylayıcı sistem operatoruna münasibətdə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.