Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.
Fins.az xəbər verir ki, Qanuna əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I) 9-cu maddəsinin üçüncü hissəsinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.
2. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129 (Cild I) 13-cü maddəsinin dördüncü hissəsinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.