RƏSMİ

27 Dekabr

Dövlət Neft Fondunun 2024-cü il büdcəsi təsdiqləndi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, Dövlət Neft Fondunun 2024-cü il büdcəsi təsdiqlənib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat olacaq.