Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 304,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2% azdır.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 11 534,63 mln. kubmetr səmt qazı hasil edilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 697,06 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 17,2% azdır. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 3 257,36 mln. kubmetrə bərabər olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 425,16 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur. Hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 231,46 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,48% azdır.
Məhəbbət Məmmədov
Fins.az