RƏSMİ

12 Oktyabr

98 əmlak hərraca çıxarılacaq

Növbəti hərraclara 98 əmlak çıxarılacaq. İştirakçıların müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq. Bu dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri və avtomobillər var.

Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984-2008-ci illər arasında dəyişir.

Noyabrın 17-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 manatla 16.200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Günel Məlikzadə
Fins.az