RƏSMİ

18 Avqust

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər müəyyənləşəcək

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər müəyyənləşəcək.

Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.