Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram hazırlanacaq.
Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqramı təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.