RƏSMİ

14 İyun

Mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulanlar həbs ediləcək

Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulmaya görə cinayət məsuliyyəti müəyyənləşib.

Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Cinayət Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.