RƏSMİ

14 İyun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin 90 faizi rəqəmsallaşdırılıb - Nazir müavini

Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilir.

Fins.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov beynəlxalq forumun "Xidmətlərin gələcəyi" panelində çıxış edərək bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olub.

Onun sözlərinə görə, nazirliyin 20-yə yaxın altsistemi fəaliyyət göstərir:

"Beş illik təcrübəyə əsaslanaraq deyə bilərəm ki, artıq altsistemdən üstsistemə keçirik. Nazirlik göstərilən xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olunub. Pandemiya bizə çətinlik yaratsa da, rəqəmsallaşma üçün fürsət yarandı və onun miqyasının genişlənməsinə vəsilə oldu".

Fuad Mədətov
Fins.az