RƏSMİ

09 İyun

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 8,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il iyunun 1-nə qədər ölkədə 90 138 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.