RƏSMİ

07 İyun

Dövlət Xidmətində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbərliyi ilə görüş keçirilib

Dövlət Xidmətində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbərliyi ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, görüş zamanı Azərbaycanda milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində Türkiyənin Milli Metrologiya İnstitutu (UME) ilə birgə həyata keçirilən tədbirlər müzakirə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri Hasan Mandalla görüş keçirilib.

Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyinin də iştirak etdiyi görüşdə Türkiyənin Milli Metrologiya İnstitutu (UME) ilə imzalanan Memorandum çərçivəsində həyata keçirilən layihələr müzakirə edilib. Bildirilib ki, ölkədə milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə yeni laboratoriyaların yaradılması istiqamətində tədbirlər görülür. 

Sonda ixtisaslı kadrların hazırlanması məqsədilə hər iki ölkə arasında təcrübə mübadiləsi və keyfiyyət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.