RƏSMİ

07 İyun

Moldovanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO

Azərbaycanın Moldova ilə iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaqdır.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.