RƏSMİ

05 İyun

Naxçıvanın ümumi planı və şəhərlərinin baş planları hazırlanacaq

Naxçıvan iqtisadi rayonunun ümumi planı və Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənəddə qeyd olunub ki, layihənin əsas icraçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.