Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil ediləcək.
Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, AZAL RİNN, İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə birgə 2023-2027-ci illər ərzində Potensial aviaşirkətlərin müəyyən olunması ilə bağlı araşdırmalar aparıb, Naxçıvan Hava Limanına uçuşlar etməyə marağı olan aviaşirkətlərlə danışıqlar aparılmalıdır. Göstərilən müddətdə müqavilələrin bağlanılması və aviaşirkətlərin fəaliyyətə başlaması təmin edilməli, nəticədə
Naxçıvan Muxtar Respublikasından hava nəqliyyatı ilə daşımaların sayı artmalıdır.