RƏSMİ

05 İyun

Naxçıvanda turizm və rekreasiya zonaları yaradılacaq

Naxçıvan Muxtar Respublikasında turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra layihələr icra olunacaq.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənəddə müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması, Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması, həmçinin turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.