Azərbaycanda sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşdiriləcək.
Fins.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmanla Nazirlər Kabinetinə 6 ay müddətində Qanunun 1.1.59-cu maddəsinə uyğun olaraq, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini təsdiq etmək tapşırılıb.